Ronaldo PSJ-yə qarşı oyunda kapitan olacaq — VİDEO

İDMAN 16 yan 2023, 13:58
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Fransanın PSJ klubuna qarşı yoldaşlıq oyununda iştirak edəcək Səudiyyə Ərəbistanının “Ən-Nəsr” və “Əl-Hilal”ın birləşmiş ulduzlar komandasının kapitanı olacaq.

Görüş yanvarın 19-u Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd adına Beynəlxalq Stadionunda keçiriləcək.

Məlumat üçün əlavə edək ki, Ronaldu-Messi duelini izləmək üçün iki milyondan çox azarkeş onlayn bilet növbəsinə durub.

Oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top