“Çirkli pulları yuyan Vardanyan kimi oliqarxlar bu vəsaitləri siyasi korrupsiyaya xərcləyirlər” — Deputat

SİYASƏT 11 yan 2023, 18:09
“Xankəndi-Şuşa yolunda heç bir blokadadan söhbət gedə bilməz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib. Deputatın fikrincə, hamı çox gözəl bilir ki, Xankəndi və Ermənistan istiqamətində avtomobillər hərəkət etməkdədir:

"Dünən cənab İlham Əliyev də bununla bağlı açıqlama verdi.  Bildirdi ki, Rusiya sülhməramlı qüvvələri, Qızıl Xaç avtomobilləri və s. digərləri rahat şəkildə hərəkət edirlər. Bu gün ekofəallar Azərbaycanın təbiətinin qorunmasına çalışırlar. Lakin Ruben Vardanyan kimi cinayətkarlar dünyaya haray çəkir ki, guya azərbaycanlılar blokada yaradıb. Yəni, yalan informasiyalar yayırlar. Məqsəd isə odur ki, Vardanyan Ermənistanda hakimiyyətə gəlmək istəyir. 

Həmçinin, sabitliyi pozmaq, sülhün qarşısını almaq istəyir. Kriminal hərəkətlərinə görə sanksiyaya uğramış Vardanyana beynəlxalq səviyyədə cəzalar müəyyənləşməlidir, araşdırmalar davam etdirilməlidir. Çirkli pulları yuyan Vardanyan kimi oliqarxlar əslində bu vəsaitləri siyasi korrupsiyaya xərcləyirlər və Azərbaycana qarşı çirkli kampaniya aparırlar".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top