“Bəzi müğənnilərin insanları düz yola, mənəviyyata səsləməsi düzgün deyil” — Əli Mirəliyev

ŞOU-BİZNES 11 yan 2023, 17:35
“Televiziyalarda Arif Babayev, Zeynəb Xanlarova, Flora Kərimova, Akif İslamzadə, Nisə Qasımova danışırsa və gənclərə məsləhət verirsə, bu normaldır. Çünki onlar həm sənətdə, həm də öz əməlləri ilə sözlərini deyiblər. Yəni, ailələrində bir şəxsiyyət kimi özlərini doğrultduğuna görə nəsə deyə bilərlər. Çünki onların göstəriciləi var”. 

Bunu Demokrat.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib. O, bildirib ki, bəzi müğənnilərin insanları düz yola, mənəviyyata səsləməsi düzgün deyil:

“Axı, sənin heç özün bilmirsən ki, nə oxuyursan, haradan əmələ gəlmisən, kim səni çıxardıb efirə, kimin hesabına gəlmisən?! Sən hansı ailədən danışa bilərsən, hansı məsləhətləri verə bilərsən? Yəni, 30 yaşı varsa və cavan xanımdır, ola bilər ki, kiminsə xoşuna gəlirsən, bəyənilirsə, malını satırsan, amma gəlib efirdə böyük-böyük danışmağa ixtiyarın yoxdur. Özü nə həyat qurub ki, kiməsə məsləhət verir. Onun qurduğu bütün işlər sınıq-salxaqdır. Sanki fundamentsiz evin üstündə qurulan mülkdür və gec-tez də uçulacaq. Bir də var ki, daşını hörüb, fundamentini qurub, illərini verib ailəsinə. O ailə haqqında danışa bilər, o özünü göstərə bilər. Bəs siz kimsiniz, haradan gəlmisiniz? Nolsun ki, əməkdar artistsiniz. Siz hansı əməlinizlə, işinizlə xalqa məsləhət verə bilərsiniz ki, vicdanızı satmaqla məşğulsunuz”.

Nəzrin
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top