Qar, yağış yağır — FAKTİKİ HAVA (YENİLƏNİB)

SOSİAL 08 yan 2023, 19:04
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yanvarın 8-i saat 18:00-a olan məlumata əsasən, Lerik, Yardımlı, Biləsuvar, Neftçala, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Mingəçevir, Şabran, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöldə və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada qar, Lənkəran və Astarada yağış yağır.

Şimal-şərq küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

 ***13:40

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Demokrat.az xəbət verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Yanvarın 8-i saat 13:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Qeyd edilib ki, şimal-qərb küləyinin sürəti arabir Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metr olub.

***11:37

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yanvarın 8-nə olan məlumatına əsasən 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb. Bakıda və Abşeron yarımadasında da gecə saatlarından yağış sulu qarla qarışıq yağıb.

Qar örtüyünün hündürlüyü: Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm olub. Düşən yağıntının miqdarı: Lənkəran, Astarada 12.0 mm, Qusarda 11.0 mm, Altıağac, Qubada 10.0 mm, Xaltanda 9.0 mm, Qaxda 6.0 mm, Qrız, Lerikdə 5.0 mm, Göytəpə, Yardımlıda 4.0 mm, Şabran, Göyçay, Şəkidə 3.0 mm, Sabirabad, Neftçala, Ağdamda 2.0 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvan MR-da 9°-dək şaxta, dağlıq rayonlarda 12-16° şaxta olub.

***10:20

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

Demokrat.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. 

Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top