Şəhidlərin anım mərasimində tavan çökdü — YENİLƏNİB

REGİON 07 yan 2023, 23:46
Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir deyib ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.

***21:15

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci ildönümü tədbirləri çərçivəsində keçirilən film nümayi zamanı zalın tavanı çöküb.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Qarsın Sarıqamış rayonundakı oteldə baş verib.

Hadisə yerinə sağlamlıq, polis, xilasetmə və jandarma qrupları və çox sayda təcili yardım cəlb edilib. İlk məlumata görə, hadisə zamanı yüngül yaralanan 10 nəfər Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top