Şuşa, Kəlbəcər və Laçında hava pisləşəcək

SOSİAL 06 yan 2023, 13:21
Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Belə ki, Şuşa, Kəlbəcər, Laçında yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top