Ermənistanda siyasi gərginlik — Antirusiya ritorikası daha da dərinləşəcək

REGİON 05 yan 2023, 22:59
“Ermənistan hakimiyyəti ənənəvi ritorikasını davam etdirir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik vurğulayıb ki, bu gün Ermənistanda hakimiyyətdə olan komanda tamamilə sorosçulardan təşkil edilib:


“Sorosçuların nəzdində Qərb imperalistləri bu gün Ermənistan üzərindən antirusiya blokadası formalaşdırmağa çalışır. İstənilən halda Rusiya elitası, Rusiya diplomatik kanallarından gələn rəylər də onu söyləməyimizə imkan verir ki, Rusiya rəhbəliyində də Ermənistanda davam edən antirusiya əhval-ruhiyyəsindən ciddi narahatlıqlar hiss olunur. Həm də  təəccüb və təəssüf doğurur ki, bugünədək Rusiya elitası tərəfindən hansısa bir addımlar atılmır. Eyni zamanda, Rusiya Ermənistanın Rusiyadan qopmaq çağırışlarına sakit qəbul edir. Əvvəlcə, KTMT əleyhinə aparılan informasiya bumu, bu gün Ermənistanda sülhməramlılar və eyni zamanda Nikol Paşinyanın Rusiya hakimiyyətinə qarşı açıq demarşı ilə xarakiterizə olunur.

Bu baxımdan hesab edirəm ki, bu il Ermənistanda antirusiya ritorikası daha da dərinləşəcək”.

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top