"Son günlər Ruben Vardanyanın Azərbaycana qarşı açıqlamaları diqqətdən yayınmır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Niftiyev deyib.
"Hər kəsə məlumdur ki, o uzunmüddət Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Forbes jurnalının açıqladığı siyahıya görə qanuni olaraq milyarder statusunu qazanmış adamdır. Onun birdən-birə Rusiya vətəndaşından imtina edərək qondarma Qarabağ respublikası vətəndaşlığını qəbul etməsi təsadüfi deyil. Heç şübhəsiz ki, burada Rusiya amili var. Rusiya məqsədli şəkildə onu qondarma respublikanın vətəndaşlığına sürükləyib. Bu ehtimalla Rusiya rəhbərliyi qarşısında olan məsuliyyəti, öhdəliyi həyata keçirmiş olur. Hesab edirəm ki, Vardanyanın açıqlaması həm Azərbaycana, həm də Ermənistana təzyiqdir".
Nəzrin