Qarabağ müharibəsi iştirakçılarından kimlərin əmlakı ələ keçirilib? — SİYAHI

KRİMİNAL 29 dek 2022, 10:28
Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarını qanunsuz yolla ələ keçirməkdə ittiham olunan Elvin Əliyev və Ənvər Əkbərovun cinayət işi araşdırılması üçün hakim icraatına verilib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, iş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib. 

Qeyd edək ki, 2021-ci ilin dekabrın 29-dan cari ilin iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim ediblər. 

Onlar birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə, zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olublar. 

Hər iki şəxs respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər 1-ci Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçiriblər. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.
Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə Eldəniz Əkbərov, Məhəmməd İsayev, Ceyhun Həsənov, Fazilə İsgəndərova, Sənan Əhmədov, Rüstəm Bəkirov, Vüsal Əliyev, Həbib Qurbanov, Elmidar Həsənov, Vasif Sofiyev, Adil Nuriyev, Naib Əliyev, Elxan Allahquliyev, Yusif Ezayev, Emin Əzimzadə, Kain Xancalov, Qərənfil Yusibova, Vüsal Zeynalov, Ənvər Üzeyirov, Leyla Telmanzadə, Emil Rüstəmov, Ruslan Zeynalov, Azər Nağıyev, Ramiz Məmmədov, Minəxanım Zahidova, Zahir Cəfərli, Anar Ağamətov, Zülfüqar Səmədov, Firuzə İbrahimova, Ələsgər Nəsirov, Hamlet Xəlilov, Şəlalə Məmmədova, Fazil Tomayev, Elbrus Dövlətov, Bəxtiyar Hüseynov, Amil Hacıyev, İsrail Quluzadə, Elnur Cəfərov, Elsevər Babayev zərərçəkmiş qismində tanınıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top