Rusiya Serbiyanı dəstəklədiyini açıqladı

DÜNYA 28 dek 2022, 21:13
Rusiya Balkanlardakı gərginliklə bağlı dəstəklədiyi ölkəni açıqlayıb.

Demokrat.az xəbər verir ki, Balkanlardakı Serbiya-Kosovo gərginliyi ilə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ölkəsi rəsmi Belqradı dəstəkləyir.

 Peskov Rusiyanın Balkanlarda xaos yaratmaq üçün gərginliyi artırdığına dair ittihamları rədd edərək, Kosovo məsələsində Serbiyanı dəstəklədiklərini bildirib.

"Serbiya suveren ölkədir və burada Rusiyanın dağıdıcı təsirini axtarmaq tamamilə yanlışdır. Serbiya ağır şəraitdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda təbii ki, sərt reaksiya verir. Rusiyanın Serbiya ilə çox yaxın müttəfiqlik münasibətləri, tarixi əlaqələri mövcuddur”.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top