İsa Qəmbərin xanımı elmlər doktoru oldu — FOTOLAR

SOSİAL 28 dekabr 2022, 20:43
Tarixçi alim Aida Qəmbər Ali Attestasiya Komissuyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Bu barədə xəbəri Aida Qəmbərin özü ictimailəşdirib.

Qeyd edək ki, Aida Qəmbər 1993-cü ildən BDU-nun Tarix fakültəsidə Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllim, dosent vəzifəsində işləyir.
O, 1984-ci il - “İraqın BƏƏS partiyasi: ideologiya və siyasəti (1952-1963-ci illər)” adlı namizədlik dissertasiyası müdafiə edib.

2004-cü ildə isə “İraqın xarici siyasəti (1968-2000-ci illər)” adlı doktorluq dissertasiyasını müzakirəyə təqdim edib. Dissertasiya işinin Ali Attestasiya Komissuyasına təqdim edilməsindən təxminən 18 il sonra – bu gün Aida Qəmbərə tarix elmləri doktoru elmi dərəcəsi verilib.

O, bunu gecikmiş qərar kimi qiymətləndirsə də, sevincini gizlətməyərək sosial şəbəkədə paylaşım edib.

A.Qəmbər  1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.

1977-1980-ci illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləyib.
1980-1993-cü illərdə MEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
1980-1984-cü illərdə SSRİ EA-nin Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub .
1993-cü ildən BDU-nun Tarix fakültəsində çalışır.

50-dən çox məqalənin, bir neçə monoqrafiyanın, dərs və metodik vəsaitlərin , proqramların müəllifidir.
Aida Qəmbəır Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin həyat yoldaşıdır.  /Modern.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top