Dünya bazarında neftin son qiyməti

SOSİAL 28 dek 2022, 11:44
Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.

Demokrat.az xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.

Qeyd edək ki, Çinin səhiyyə komitəsi hökumətin yanvarın 8-dən etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlayıb. Xüsusilə ölkəyə daxil olanlar üçün karantin rejimi ləğv ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top