Rusiyadan Azərbaycana növbəti HÖRMƏTSİZLİK

SİYASƏT 28 dek 2022, 11:11
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanın xəbərdarlıqlarını qulaqardına vurmağa davam edir.

Nazirliyin yaydığı növbəti informasiya bülletenində Rusiya sülhməramlı kontingentinin xidməti ərazisindən bəhs edilərkən yenə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verilib.

Bundan başqa, informasiya bülletenində “Stepanakert, Mardakert, Martuni” kimi erməni toponimlərinin də adı çəkilib. Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

“Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.

Mardakert, Martuni və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri tərəfindən 2504,1 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı obyekt aşkar edilib və zərərsizləşdirilib.

"Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - deyə bülletendə bildirilib.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top