İtaliyadan Ukraynaya 10 milyon avroluq YARDIM

DÜNYA 27 dek 2022, 21:39
İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi düşünür.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında yazıb.

O qeyd edib ki, İtaliyanın baş naziri Corc Meloni ilə söhbəti zamanı İtaliya Ukraynaya yardım edəcəyinə söz verib.

Bildirilib ki,  İtaliya hökuməti Ukraynaya əlavə 10 milyon avro yardım ayırmaq qərarına gəlib.

Zelenski vurğulayıb:

"Söhbət əsnasında Ukraynaya hərtərəfli dəstəyə görə İtaliyaya  minnətdarlığımı bildirdim"

Zelenski  İtaliya hökumətinin Ukraynaya  əlavə 10 milyon avro yardım ayırmasını alqışlayıb.

Leyla
Demokrataz

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top