Oğuzun kənd sakinləri ölünü dəfn edə bilmirlər — VİDEO

SOSİAL 27 dek 2022, 19:16
Oğuzun dağlar qoynunda yerləşən, 900 nəfərə yaxın əhalisi olan Xalxal kəndini Qara çay iki hissəyə ayırır.

Hər gün çətinliklərlə üzləşən əhalinin ən böyük dərdi isə dəfn mərasimləri ilə bağlıdır.

Belə ki, rəhmətə gedən şəxsi son mənzilə yola salmaq müşkül məsələyə çevrilib.

Sakinlərin sözlərinə görə, sel suları səbəbindən çayın üzərindəki körpü uçub ki, bu da cənazəni həmin yerdən keçirməyi çətinləşdirir.

Xalxal kənd tam orta məktəbi, uşaq bağçası və tibb məntəqəsinə gedən yeganə əlaqə vasitəsi də bir nəfərin keçə biləcəyi ensiz və qəzalı körpülərdir. Təhsil ocaqlarında hər hansı yanğın hadisəsi baş verərsə, hansısa tibbi yardıma ehtiyac olarsa, yanğınsöndürən texnikanın və yaxud təcili tibbi yardım avtomobilinin əraziyə daxil olması mümkünsüzdür.

Daha ətraflı Baku TV-nin süjetində:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top