"Hadisələr Ermənistanın oyunpozanlığı ilə davam etsə, yenidən onlara dərs verilməsi qaçılmazdır"

GÜNDƏM 23 dek 2022, 23:23
"Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərdən başqa irəli sürülən təkliflər, xüsusən də, Ermənistanın təklifləri bizim üçün məqbul ola bilməz və olmamalıdır. Qalib tərəf kimi şərtləri diktə edən tərəf Azərbaycandır və bu, belə də olmalıdır. Əslində Ermənistan bizim üçün tərəf deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib.

"Ermənistan adından irəli sürülən şərtlə münaqişəni sonlandırmağa yox, onu uzatmağa hesablanıb. Məqsəd vaxt qazanmaqdır. Fikirləşirlər ki, bəlkə irəlidə geosiyasi durum dəyişə və Ermənistan üçün əlverişli mühit yaranar. Bundan da istifadə edib Azərbaycanın şərtləri qarşısında nisbətən möhkəm müqavimət göstərərlər.

Məsələ ondadır ki, Azərbaycan bu oyunları görür. Öz torpaqları üzərində üçüncü tərəflərin oyun oynamasına imkan verməyəcəyini göstərir. Bu, eyni zamanda, Qarabağın sadə erməni toplumunun da xeyrinədir. Azərbaycan onların da nəhayət ki, normal insan kimi yaşamaq üçün xilas etmək istəyir, təbii ki, bunu qəbul edənləri. Qəbul etməyənlər üçün gedəcəkləri yer bəllidir. Azərbaycan sərhəddinin o biri tərəfi! Hadisələr Ermənistan tərəfinin oyunpozanlığı ilə davam etsə, yenidən onlara dərs verilməsi qaçılmaz. Bu dəfə Ermənistanın dövlət kimi var olması masa üzərində olacaq. Azərbaycan digər tərəflərlə artıq Ermənistanın dövlət kimi var olmasını müzakirə edəcək, çünki bu dəfə müharibə regional, nəticədə isə regional dövlətlərin müharibəyə qoşulması ilə beynəlxalq xarakter alacaq".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top