Son sutkada 84 nəfər koronavirusa yoluxdu

GÜNDƏM 23 dek 2022, 19:21
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 84 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 219 nəfər müalicə olunaraq sağalıb, hazırda 600 aktiv xəstə var. Bu günə qədər 10 002 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 506, bu günə qədər isə ümumilikdə 7 416 537 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top