Argentina dünya reytinqində irəlilədi

İDMAN 22 dek 2022, 23:47
Qətərdə keçirilən Dünya çempionatından sonra milli komandaların yeni reytinqi açıqlanıb.

Demokrat.az
-ın xəbərinə görə, ilk pillədə əvvəlki kimi 1840.77 xalla Braziliya qərarlaşıb. 

Beşqat dünya çempionlarını son mundialın qalibi Argentina izləyir. "Gümüş ölkə" dünya kubokunu qazandıqdan sonra ikinci pilləyə yüksəlib. İlk üçlüyü axırıncı iki dünya çempionatında final oynayan və bir dəfə çempionluq yaşayan Fransa tutur. 

Belçika reytinqdə iki pillə geriləyərək dördüncü yerə enib. Futbolun yaradıcıları İngiltərə 5-ci, iki pillə irəliləyən Niderland isə 6-cı sıradadır. 

Son mundialın bürünc mükafatçısı Xorvatiya 7-ci yerdədir, mundialdan kənarda qalan İtaliya 8-ci pilləyə düşüb, Portuqaliya isə yerini dəyişməyərək 9-cudur. İlk onluğu İspaniya tamamlayır.

Zamiq
Demokrat.az        

    

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top