Bəyləryan əyləşdiyi stulda soyuqdan donacağını görüb aradan çıxıb

REGİON 22 dek 2022, 14:17
Bu düdük BMT-nin İrəvandakı ofisinin qarşısında keçirdiyi oturaq etiraz aksiyasını dayandırıb.

Dırnaqarası "dövlət naziri"nin müşaviri hesab olunan Artak Beglaryan (Bəyləryan) adlı bu ünsürün sözügedən aksiyanı heç ikicə gün də keçirməyə təpəri çatmadı.

A.Bəyləryan əyləşdiyi stulda soyuqdan donacağını görüb aradan çıxıb.

O, bu aksiyanı bizim ekoloqların Laçın-Xankəndi yolundakı etiraz aksiyasına cavab olaraq başlamışdı, lakin istədiyi nəticəyə varmadı.

Adam Londonda siyasət və təhlükəsizlik, İrəvan dövlət universitetində konfliktologiya və politologiya üzrə təhsil alsa da, lakin xalis zırramadır. Hətta effektiv aksiya təşkil etmək qaydalarını da düz-əməlli bilmir.

Və axırda da gülünc vəziyyətdə qalır.

Bəybala Mirzəyev
visiontv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top