“Bu müsabiqələr bizim media cameəsi üçün çox önəmlidir” — Vüsalə Mahirqızı

MEDİA 21 dek 2022, 12:42
"Media İnkişafı Agentliyinin belə müsabiqələrini çox yaxşı qiymətləndirirəm. Müsabiqədə qalib gələn həmkarlarımıza da uğurlar arzu edirəm. Hesab edirəm  ki, bu müsabiqələr bizim media cameəsi üçün çox önəmlidir". 

Bunu Demokrat.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı deyib. O hesab edir ki, bu müsabiqələrin  olmasından sonra, təbii ki, orada qoyulan şərtlərə uyğun olaraq redaksiyalarda jurnalistlərin rəsmi əmək haqqının normal yazılması, sənəd-kargüzarlıq işlərinin qaydaya qoyulması məsələləri düzəlib.

" Eyni zamanda, hazırda o yazılarda layihələrə  verilən qiymət nəticəsində layihələrin seçilməsi, onların davamlı aparılması, monitorinq edilməsi nəticəsində maraqlı yazıların sayı çoxalıb. Biz hər dəfə siyahıda yeni saytlar görürük, yeni saytların layihədə yer almasını görürük. Bunu müsbət qiymətləndirirəm və hesab edirəm ki, ümumiyyətlə istənilən müsabiqələr inkişafa xidmət edir. Kimsə subyektiv yanaşma hesab edə bilər oradakı seçimləri, amma hər halda prinsiplər də açıqlanıb ki, nəyə əsasən seçilir. Mən müsbət hesab edirəm və hər kəsə uğur arzulayıram".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top