Zeynəb Xanlarova illər sonra yenidən səhnədə — VİDEO

İNCƏSƏNƏT 21 dek 2022, 00:07
Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasının (AzTV) Yeni illə bağlı hazırladığı bayram proqramının çəkilişlərinə qatılıb.

Bu barədə Demokrat.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.


“Builki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər”,-deyə AzTV-dən bildirilib.


Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi. 


Sənətkar 12 illik fasilədən sonra 2020-ci ildə böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane olub.

Zeynəb Xanlarova uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.
1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan Dövlət mükafatı laureatıdır.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top