Rusiyada qaz kəmərində partlayış olub, 3 nəfər ölüb — YENİLƏNİB

REGİON 20 dekabr 2022, 17:33
Rusiyanın Çuvaşiya Respublikasının Vurnar rayonunda qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə rayonun başçısı bildirib.

Məlumata görə, Urenqoy-Pomar-Ujqorod qaz kəmərinin Çuvaşiya ərazisindən keçən hissəsində baş verən partlayış nəticəsində əmələ gələn zədəni azı 3 sutkaya təmir etmək mümkün olacaq.

15.46

Rusiyanın Çuvaşiya Respublikasının Vurnar rayonunda yeratlı qaz kəmərində sızma nəticəsində yanğın baş verib.


“Report” Rusiya KİV-ə istinadən bildirir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq ərazidə təhlükə yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 11:10
17 sentyabr 2025, 10:09
Top