“Sosial media istifadəçilərini QHT-lərin irəli sürdükləri haqlı tələbləri dəstəkləməyə çağırırıq” — Hacıbəy Heydərli

SOSİAL MEDİA 18 dek 2022, 15:18
Azərbaycan Mətbuat Şurasının Sosial media təmsilçiləri ilə əlaqələr Komissiyası bütün sosial şəbəkə istifadəçilərinə müraciət edib. 

Bu haqda Komissiyanın sədri Hacıbəy Heydərli məlumat verib. 

O sosial şəbəkə istifadəçilərinə müraciət edərək Azərbaycan QHT-lərinin irəli sürdükləri haqlı tələbləri dəstəkləməyə çağırıb: 

"Dekabr ayının 12-dən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT), vətəndaş cəmiyyətinin nümayəndələri, ekoloqlar Laçın yolu vasitəsilə Ermənistan tərəfindən ölkəmizin ərazisinə qanunsuz silah-sursat və hərbi dəstələrin daşınmasına, milli sərvətlərimizin ölkədən çıxarılmasına və ekoloji terrora son qoyulması tələbi ilə fasiləsiz etiraz aksiyasına başlayıblar.

Azərbaycan Mətbuat Şurasının Sosial media təmsilçiləri ilə əlaqələr Komissiyası bütün sosial şəbəkə istifadəçilərinə müraciət edərək Azərbaycan QHT-lərinin irəli sürdükləri haqlı tələbləri dəstəkləməyə çağırır". #stopecoterror

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top