BMT “Twitter”dəki vəziyyətdən narahatdır

DÜNYA 17 dek 2022, 23:22
BMT "Twitter" sosial media platformasında insan haqları məsələlərindən narahatdır.
 
Modern.az xəbər verir ki, bu barədə təşkilatın İnsan Haqları üzrə Ali Komissarı Volker Türk "Twitter" hesabında yazıb.
 
O, jurnalistlərin sosial mediada hesablarının bərpa olunmasını "yaxşı xəbər" adlandırıb. Türk qeyd edib ki, İlon Mask sosial şəbəkədə söz azadlığına hörmət etməkdən məsuldur.
 
“Ciddi narahatlıqlar qalmaqdadır. İlon Musk söz azadlığı da daxil olmaqla, insan hüquqlarına hörmət edən, dövlət siyasətinə əsaslanan qərarlar qəbul etməyi öhdəsinə götürməlidir", - deyə BMT rəsmisi bildirib.
 
Xatırladaq ki, "Twitter" bir sıra jurnalistlərin hesabını bloklayıb. Onların profilləri yalnız bu gün aktivləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top