İran mediası və Tehran rejiminə tabe media orqanları jurnalistlərin, eləcə də ekofəalların Laçın dəhlizindəki aksiyasını təhrif edirlər. Onlar Azərbaycan hərbçilərinin "jurnalist" və "ekofəal" adı altında Xankəndi yoluna göndərildiyi ilə bağlı yalan məlumatlar yayır və onları “hərbçi” adlandırırlar.Yeri gəlmişkən, tanınmış jurnalist və ekspertlər Elməddin Muradlı və Niyaz Niftiyevi “xüsusi təyinatlı qüvvələrin əsgərləri” kimi təqdim ediblər.
Siyasi-şərhçi Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin fəalları tam olaraq istər ölkə qanunvericiliyi, istərsə də beynəlxalq normalar çərçivəsində açıq, dinc, zorakılıqdan uzaq etiraz aksiyası keçirir.
“Oradakı insanların əksəriyyətini şəxsən tanıyıram və bilirəm ki, ictimai-siyasi fəallardır. Əksəriyyəti on illərlə ictimai sektorda çalışan, bilinən adamlardır. Yəni, onların hansısa xüsusi qeyri-ictimai vətəndaş cəmiyyətində kənar qurumlara aiddiyyatı, bağlılığı mümkün belə deyil. Amma, erməni təbliğatıdır. Ermənilər adətən öyrəşiblər, özləri bir yalan uydururlar, o yalanı gerçək kimi dünyaya tirajlayırlar, arxasında dururlar və iddia edirlər ki, doğru informasiyadır. Təbii ki, bizim bölgəmizi yaxşı bilməyən media, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar da həmin informasiyaya aldanır. Bunun nəticəsində də yersiz-əsassız bəyanatlar verirlər, hesabatlar hazırlayırlar. Belə açıqlamalardan biri də ənənəvi “Freedom House” təşkilatı yayımladı. Məsələn, iddia edilir ki, Azərbaycan Laçın yolunu bağlayıb. Mən onlara sadəcə olaraq bir neçə cümlə yazdım ki, o yolu Azərbaycan bağlamayıb. Rus sülhməramlıları bağlayıb. Bu, erməni təbliğatıdr. Ona görə də, erməni yalanları var, olacaq və biz çox da narahat olmamalılyıq. Sadəcə olaraq işimizi düzgün qurmalıyıq, həvəsdən düşməməliyik. Çalışmalıyıq ki, orada baş verənlər haqqında obyektiv informasiya mümkün qədər geniş yayımlansın, özü də xarcii dillərdə. Şəxsən mən neçə gündür bunu edirəm. Hər halda düşünürəm ki, dama-dama göl olar. Hər kəs bu işlə məşğul olsa, yəqin ki, nəticələr də bizim xeyrimizə olacaq”.
Aynurə
Demokrat.az