“Laçın dəhlizinin normal işləməsi Rusiyanın məsuliyyətindədir”— BƏYANAT

GÜNDƏM 14 dek 2022, 21:19
Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə müharibə zamanı da Azərbaycanın yanında oldu, indiki sülh şəraitində də yanındadır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin inkişafı üçün görüləcək çox iş var.

“Digər tərəfdən, Laçın dəhlizinin yaradılma məqsədi bəllidir. Rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycan torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması beynəlxalq hüquqa ziddir. Bu, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir. Bir tərəfdən də nəzarətsiz ətraf mühit problemləri var və oraya müşahidəçi qismində gedən insanların qarşısının alınması pozuntuların nə dərəcədə şiddətli olduğunun göstəricisidir”, – nazir deyib.

Çavuşoğlu əlavə edib ki, Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır:

“Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top