Səfir: “Qarabağda “Bayraktar”a “şeytan” deyənlər indi onu Ukraynanın “xilaskar mələyi” adlandırırlar”

SİYASƏT 13 dek 2022, 15:44
“Bayraktar” pilotsuz uçuş aparatları (PUA) Qarabağ müharibəsində tətbiq olunanda bəzi qüvvələr ona “şeytan” deyirdilər. Ancaq indi həmin qüvvələr “Bayraktar”ı Ukraynanın “xilaskar mələyi” adlandırırlar. Təbii ki, bu cür fikirlər ikili standartların təzahürüdür”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüşdə deyib.

O söyləyib ki, ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı vəsiyyəti yerinə yetirilib:

“Türkiyə və Azərbaycanın regional və beynəlxalq müstəvidəki rolu artmaqdadır. Bunun əsasında isə möhkəm əlaqələrin olması dayanır. Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması gündəmin əsas məsələsidir. Bu məsələ ilə bağlı Aşqabadda görüş olacaq”.

Səfir həmçinin bildirib ki, ortaq türk əlifbasının yaradılması da müzakirə olunan məsələlərdəndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top