Vasif Talıbov üzə çıxdı — FOTO

GÜNDƏM 12 dek 2022, 18:00
Bir neçə gündür bir sıra media resurslarında istefa verməsi ilə bağlı xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ehtiramını ifa edib. Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da iştirak edib.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı./Manset.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top