“Fransanın bu addımı sülhə ziyan vurmaqdan başqa bir şey deyil” — Deputat

GÜNDƏM 09 dekabr 2022, 23:29
 “Son zamanlar Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi onu göstərir ki, Fransa birmənalı şəkildə Türkiyənin strateji tərəfdaşı olan Azərbaycanı və onun  44 günlük Vətən müharibəsində qazandığı qələbəsini həzm edə bilmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, Fransanın bu addımı və birtərəfli mövqedən çıxış etməsi sülhə ziyan vurmaqdan başqa bir şey deyil:

“Təbii ki, bu məkrli qərarın qəbul edilməsinin bir sıra səbəbləri var. Ən əsas səbəb isə regionda qalmaq və proseslərin sonrakı gedişatında söz sahibi olmaqdır. Azərbaycanla bağlı Fransanın qəbul etdiyi qərəzli qətnamə ölkələrimiz arasındakı münasibətlərə daha bir zərbədir və beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Məlumdur ki, erməni separatçıları 30 il ərzində məhz yeraltı və yerüstü sərvətlərimizin Fransaya və digər ölkələrə daşınmasıyla məşğul olublar. Artıq bu məsələ bitib və vəsaitlərimiz Fransaya çatmır. Ona görə də, hazırda Fransa külli miqdarda vəsaitlər itirib. Şübhəsiz ki, erməni separatçıları onlara söz vermişdi ki, gələcəkdə də bu belə olacaq. Lakin 44 günlük müharibədən sonra bunun qarşısı tam alındı. Ona görə də, onlar Azərbaycana qarşı daha qıcıqlı və daha aqressiv mövqe sərgiləyirlər”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top