Bəxtiyar Hacıyevin HƏBS OLUNDU — YENİLƏNİB

SİYASƏT 09 dek 2022, 17:36
Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi yekunlaşıb.
 
Demokrat.az
xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. 

***
Bəxtiyar Hacıyevin saxlanılma səbəbi məlum olub.


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

***
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

Onun sözlərinə görə, B.Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top