“İran hakimiyyətində bir çoxları artıq baş verən vəziyyətdən narahatdır” — ŞƏRH

GÜNDƏM 08 dek 2022, 20:35
 “İran dövləti hansı təməllər üzərində qurulmuşdursa, artıq həmin siyasət və ideoloji sistem tamamilə çökmək üzrədir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, bundan sonra artıq İran rejimini heç kim qurtara bilməz.

“İndiyədək İran rejiminin etdikləri pisliklərdir ki, bu gün tədricən onun qədərini yaşamaqdadır. Bu da ilahi bir ədalətir. Ona görə də, düşünürəm ki, molla rejiminin qaçacaq yeri yoxdur. Yəni, onların qazana tökdükləri artıq çömçəyə gəlməkdədir. Ayrıca aparıcı qüvvələr orta yaşlı və qoca nəsil deyil, bu gün məktəb şagirdlərindən tutmuş bütün gənclik, tələbələr, eyni zamanda aparıcı qüvvə olan qadınlar öndədir. Bu qadınlar əgər həqiətən də bu səviyyədə idarə olunmaq istəmirlərsə, bu insanları, cəmiyyəti bundan sonra bu cür idarə etmək mümkün olmayacaq. O ki qaldı islahatlar nəticəsində hansısa müəyyən dəyişikliklərə, yəni insanları yatırtmaq məsələsinə, düşünürəm ki, bu mümkün olmayacaq. Çünki bu rejimin özünün dəyişdirmək ehtimalı da sıfıra bərabərdir. Buna görə də, necə başlamışdılarsa bu rejim özləri özlərini tükədəcək. Xameneinin bacısının açıq şəkildə müraciəti də təsdiq edir ki, İran hakimiyyətində bir çoxları artıq baş verən vəziyyətdən narahatdır və hər an bu prosesin acı nəticələrlə sonlanacağını bilirlər. Bir çoxları da artıq bu prosesdən xilas yolunu düşünürlər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top