İspaniyanın Mərakeşə uduzmasını baş məşqçiyə bağışlamadılar — FOTO

İDMAN 08 dek 2022, 16:52
2022-ci il futbol üzrə dünya çempionatına vida edən İspaniya yığmanın baş məşqçi Luis Enrike ilə yollarını ayırıb .

Demokrat az
xəbər verir ki,  bununla bağlı İspaniya Futbol  Federasiyası məlumat yayıb.

Qurum millinin baş məşqçisi Lusi Enrike ilə müqaviləyə xitam verildiyini və 52 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür etdiyini  açıqlayıb.

O da qeyd olunub ki, bundan sonra baş məşqçi postunda L.Enrikeni Lusi de la Fuenten əvəzləyəcək.

Xatırladaq ki, İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə penaltilərlə 0:3 hesabı uduzaraq, mundialda vidalaşmışdı.  

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top