“Qarabağ” “Qəbələ”yə qarşı

İDMAN 08 dek 2022, 11:33
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Demokrat.az
xəbər verir ki, ev-səfər prinsipi ilə keçiriləcək bu mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edəcək. Günün digər matçı isə “Qarabağ”la “Qəbələ” arasında baş tutacaq.

“Kəpəz” – “Turan Tovuz” və “Səbail” – “Sabah” matçları isə sabah keçiriləcək.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
8 dekabr

“Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İK stadionu, 18:00.

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
“Azersun Arena”, 20:30.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top