Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralılar var

HADİSƏ 06 dek 2022, 09:10
Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır yol qəzası baş verib.

Demokrat.az
"Report"a istinadən xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu "KİA" markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində ölüb.

Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top