Türkiyədə yaşayış binasında partlayış oldu, xəsarət alanlar var

REGİON 04 dek 2022, 20:03
Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.

Bu barədə polisdəki mənbələrə istinadən TRT telekanalı məlumat yayıb.

Polisin müəyyən etdiyi kimi, fəhlə emalatxanalarının yerləşdiyi binanın birinci mərtəbəsində məişət qazı ilə işləyən qazan partlayıb.

Evdəki partlayış dalğasından tavanlar qismən uçub, küçədə dayanan avtomobillərə ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top