“Əlisa Nicatın yanında olmaq hamımızın borcudur” — Deputat

GÜNDƏM 03 dek 2022, 14:41
"Əlisa Nicat Azərbaycanın ictimai fikir tarixinin, fəlsəfəsi fikir tarixini öz qiymətli əsərləri ilə zənginləşdirən sonuncu magikanlarımızdan biridir.Ona görə də, onun hər cür təminatı daima diqqət mərkəzində olmalıdır. Onun Azərbaycanın ictimai-fikir tarixinə verdiyi töhfələr əsla unudulmamalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, çox təəssüf ki, hörmətli fikir adamımızın, düşüncə adamımızın maddi problemlərinin, həyat-məişət problemlərinin həllini gətirib yaltaq olmadığı ilə əlaqələndirmək qətiyyən  yolverilməzdir! Bu, Azərbaycanın mənəvi dəyərlərinin aşılandırılması deməkdir. Məsələnin bu cür qoyuluşu tamamilə yanlışdır! Bu, əlbəttə ki, doğru olmayan bir yoldur!  Çünki Azərbaycanda şəxsiyyətinə, ziyalılığına hörmət etdiyimiz, ədaləti-haqqı birinci prioritet kimi əsas prinsipi elan edən, onu yaşadan yüzlərlə, minlərlə ziyalılarımız var. Biz bu məsələni bu şəkildə qoya bilmərik! Qaldı ki, çox hörmətli fikir, düşüncə adamımız Əlisa Nicata yardım etmək və yaxud onun  hər hansı bir problemini həll etmək mən düşünürəm ki, həm dövlət orqanlarının, həm də bütövlükdə bizim ictimaiyyət nümayəndələrimizin vəzifəsidir, borcudur. Əlisa Nicatlar hər gün yetişmir! Ona görə də, onun qiymətini bilmək və onun yanında olmaq hamımızın borcudur".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top