"Laçın şəhər mərkəzi, Zabux və Sus kəndləri tamamilə azərbaycanlıların nəzarətindədir" — Mahir Abbaszadə

GÜNDƏM 01 dek 2022, 22:23
“Azərbaycan işğal altında olan bütün torpaqlarını geri qaytardıqdan sonra, həmin ərazilərdə aparılan dinc-quruculuq, bərpa işləri Şərqi Zəngəzur İqtisadi zonasına aid olan Laçın rayonunda da sürətlə davam edir”.

M.Abbaszadə 2022-ci il avqust ayının 26-da Laçın şəhər mərkəzinin tamamilə ermənilərdən təmizləndiyini bildirib.  Onun sözlərinə görə, rus sülhməramlıları yeni yolun mühafizəsi ilə məşğul olduğu təqdirdə, Laçın şəhər mərkəzi, Zabux və Sus kəndləri də tamamilə azərbaycanlıların nəzarətinə keçib.

Deputat Prezidntin rəhbərliyi ilə həmin ərazilərdə tikinti- bərpa, quruculuq proseslərinin başladığını qeyd edib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Azərbaycan respublikasının dövlət büdcəsindən Laçının Zabux və Sus kəndinin, eyni zamanda Laçın rayonunun şəhər mərkəzində yerləşən  2 nömrəli tam ümum orta məktəbin tikintisinə kifayət qədər vəsait ayrılıb.

“Digər bir tərəfdən Laçının şəhər mərkəzinin bərpa işləri sürətlə davam etməkdədir. Bu iki il ərzində cənab Prezident təxminən 4 dəfə Laçına səfər etmişdir. Hər dəfə yeni obyektlərin təməlqoyması və yaxud açılış mərasimləri keçirilib.  Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası istifadəyə verilmiş, Laçın rayonun hava limanının təməlqoyma mərasimi qeyd edilmişdir. Yəni bütün bunlar, bu gün Laçın rayonunda Azərbaycan dövləti tərəfindən aparılan bərpa-quruculuq prosesləridir.  Bu gün Laçında bir tərəfdən infrastruktur qurulur -işıq, qaz, su xətləri, yollar çəkilir, başqa bir tərəfdən təhlükəsizliyi təmin etmək məqsədi ilə mühafizə postları yaradılır, hərbi hissələr tikilir. Digər bir tərəfdən isə gələcəkdə Laçına köçürülən insanların həyat şəraitini yaxşılaşdırmaq üçün yaşayış məntəqələri tikilir”.
M.Abbaszadə qeyd edib ki, yeni bir iqtisadi forma yaradılır ki, Laçına köçən insanların həm iqtisadi vəziyyəti yaxşılaşdırılsın, həm də məşğulluq məsələləri həll edilsin.

“Hesab edirəm ki, bu işlər sürətlə davam elədiyi təqdirdə  Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz 2023-cü ilin sonunadək Laçın rayonunun şəhər mərkəzinin və Sus, Zabux kəndlərinin sakinlərini öz ata-baba yurdlarına qaytara biləcəyik”.

M.Abbaszadə eyni zamanda qeyd edib ki, digər qəsəbə və kəndlərin də baş planının, müfəssəl və işçi planlarının hazırlanması istiqamətində ciddi işlər aparılmaqdadır. Və yəqin ki, növbəti ildən onların tikintisinə başlanılacaq. (hafta.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top