Bəhram Bağırzadə arzusuna çatdı — VİDEO

ŞOU-BİZNES 01 dek 2022, 10:18
Futbol üzrə Dünya Çempionatını izləmək üçün Qətərə yollanan Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yeni video paylaşıb.

Demokrat.az
xəbər verir ki, aktyor paytaxt Dohada məşhur türkiyəli aşpaz Nüsrət Gökçənin restoranına gedərək onunla görüşüb. 

Bağırzadə həmin anın görüntülərinə "İllərdir ki, Nüsrətlə görüşmək arzusunda idim və həmin gün gəldi. Mən onunla Dohada görüşdüm və Almaniya - İspaniya futbol matçından əvvəl ləzzətli ərəb yeməkləri yedim. Nüsrət, sizinlə tanış olmaqdan məmnun oldum" deyə, şərh yazıb.

Axsam.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top