Pekin Ukraynadakı vəziyyətlə bağlı neytral mövqe tutur

DÜNYA 30 noy 2022, 23:09
"Çin Rusiyaya silah vermir"

Demokrat.az
xarici mətbuata istinadən bildirir ki, bu sözləri Çinin Fransadakı səfiri Lu Şae müsahibəsində deyib .

Diplomat Rusiyanın Çin silahlarına ehtiyacı olmadığı fikrini bildirib. 

Eyni zamanda o vurğulayıb ki, Pekin Ukraynadakı vəziyyətlə bağlı neytral mövqe tutur və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

“Biz sülh istəyirik. Ukrayna ilə bağlı mövqeyimiz danışıqlar prosesini irəli aparmaqdır”, - qeyd edib.


Qeyd edək ki,  ABŞ prezidenti Co Bayden bildirib ki, o, Çin lideri Si Cinpinə Rusiya Federasiyasına yardım göstərməməsi barədə şəxsən xəbərdarlıq edib. 

Xüsusilə, o , ÇXR-i iqtisadiyyatına investisiyaları dayandırmaqla hədələyib .

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top