Ukraynada don vurmuş azərbaycanlı ailə tapıldı — VİDEO

HADİSƏ 30 noy 2022, 16:41
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən axşam bütün Ukrayna boyu yenidən hava həyəcanı siqnalı verilib.

“Paytaxt Kiyevdə, eləcə də digər vilayətlərin əksəriyyətində kommunal xidmətlərlə bağlı məhdudiyyətlər davam edir. Bildirilir ki, elektrik enerjisindəki fasilələr səbəbindən yol qəzalarının sayı altı dəfə artıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, Ukraynada ağır döyüşlər xüsusilə Donetsk, Xerson, Nikolayev və Zaporojye istiqamətində gedir. Zaporojyedə atom elektrik stansiyası ətrafında mübarizə daha da gərginləşib.

O da bildirilib ki, Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında azərbaycanlı ailə − Hafiz Ağayev, onun həyat yoldaşı Marina Ağayeva və onların üç uşağının donmuş meyitləri tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top