Vətən müharibəsi qazisi: “Ayağımın altında əl qumbarası qalmışdı”— VİDEO

HƏRBİ 30 noy 2022, 00:29
“Ermənilər birinci öz meyitlərini deyil, muzdlu döyüşçülərin meyitlərini yığırdılar”.

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Vətən müharibəsi qazisi Sahil Əliquliyev deyib.

O qeyd edib ki, ən çətin döyüşü Füzuli rayonunda olub:

“Minalanmış, açıq ərazi idi və düşmənin pusqusu daha çox idi. Bizlə üzbəüz döyüşməyə cəsarətləri olmadığından uzaqdan artilleriya və snayperlə vururdular”.

Qazi döyüş yoldaşlarını xilas etməsindən də bəhs edib:

“Neytralda əsgər yoldaşım qalmışdı. Onların üstünə əl qumbarası atmışdılar. Ağır yaralanmışdı. Gördüm ki, əlini qaldırıb kömək istəyir. Onu aşağı endirdim. Dedi ki, Hacıyev Kənan yuxarıda qaldı. Onu çıxarmağa qaçdım. Yanına çatanda onu gözümün qabağında güllə ilə vurdular”.

Daha ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top