16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar ortaya çıxıb — FOTOFAKT

SOSİAL 29 noy 2022, 15:39
Bir neçə gün əvvəl Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb olub. 

Demokrat.az
xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Ruslan Səfixanovun Tural Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub. 

Hadisənin sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsi dələduzlar üçün yeni “gəlir qapısı” açıb. 

Bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Tural Rüstəmovun bacısı adı ilə yazaraq onlardan maddi yardımlar istəyir. Dələduzlar Turalın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər. 

Həmin ismarıclardan birini təqdim edirik: 

Azxeber.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top