Elman Nəsirov: “Ay radikal müxalifət, doğrudanmı “bacı” ifadəsini tuta bilməmisiniz, çox qəribədir…”

DAXİLİ SİYASƏT 29 noy 2022, 13:44
“Fransa Azərbaycana “işğalçı” deyir, qondarma rejimin “müstəqilliyini” tanıyır, noyabrın 15-də Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edir, Fransa Milli Assambleyası növbəti dəfə qətnamə qəbul etməyə hazırlaşır. Bütün bunlar, ay radikal müxalifət, gözünüzün qabağında baş verir. Fransa təpədən-dırnağa qədər ermənipərəsr siyasət həyata keçirir, Fransanın Baş naziri küçə leksikonundan istifadə edir. Belə olan halda, cənab Prezident İlham Əliyev çox haqlı olaraq deyir ki, Ermənistanla Fransa bir-birilərinə “bacı” deyirlər. Adətən kişilər bir-birilərinə “qardaş” deyirlər. Ona görə də bir-birinə “bacı” deyə xitab etməyin böyük mənası, çəkisi var. Siz doğrudanmı bunu tuta bilməmisiniz? Çox qəribədir…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat hesab edir ki, radikal müxalifətin bu yanaşması ilə onsuz da seyrəlmiş sıraları daha da seyrələcək: “Payızda “yarpaq tökümü” ifadəsi var. Radikal müxalifətin də “yarpaq tökümü” daha da güclənəcək. Bu davranışları, erməninin, ermənipərəst Fransanın yanında yer almaları, ermənidən çox erməni, fransızdan çox fransız olmaları ilə radikal müxalifət özü özünün qəbirqazanına çevrilib. Radikal müxalifət çoxdandır ki, əsl simasızlığını ortaya qoyub. Azərbaycan xalqı onları çox gözəl tanıyır. Xalqın gözü tərəzidir. Xalq çox gözəl bilir ki, Azərbaycanda nə yaxşıdırsa, radikal müxalifət üçün pisdir, nə pisdirsə, onlar üçün yaxşıdır. Radikal müxalifətin dövlətə, dövlətçiliyə nifrəti o qədər böyükdür ki, iqtidar Azərbaycana düşmən mövqedə olan tərəflərə qarşı ifadə işlədəndə, hətta ona da ağız büzür. Hesab edirəm, radikal müxalifət, sözün əsl mənasında, ağlını itirib. Onların içində bir nəfər belə ağıllı adam tapmaq mümkün deyil. Bir nəfər texnoloq yoxdur, başa salsın ki, bu cür ifadələrlə, yanaşmalarla onsuz da xalqın gözündə çoxdan düşüblər. Özləri özlərinin qəbirqazanına çevrilirlər…”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top