Vilayət Eyvazov Rüfət Allazovu vəzifəsindən azad etdi

HADİSƏ 28 noy 2022, 17:14
Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Demokrat.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top