Üç ölkənin lideri bir araya gələcək: Nazirlər toplanır

REGİON 27 noy 2022, 12:56
Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabrda Türkiyədə səfərdə olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıqlar da müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top