Sabahın hava proqnozu açıqlandı

SOSİAL 27 noy 2022, 11:10
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top