Sumqayıtda ikimərtəbəli ev yandı

HADİSƏ 27 noy 2022, 10:05
Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top