“İranın mövqeyi heç vaxt açıq, şəffaf, səmimi olmayıb” — Deputat

XARİCİ SİYASƏT 25 noy 2022, 23:15
“Sosial şəbəkələrdə və mətbuatda İran İslam Respublikası ziddiyyətli fikirləri öz əksini tapmaqdadır”.

Demokrat.az
xəbər verir ki, bunu Milli məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, İranın Azərbaycanın məruz qaldığı erməni təcavüzü ilə bağlı mövqeyi səmimi olmayıb:

“Qeyd edim ki, istər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrlərdə İranın Azərbaycanın məruz qaldığı erməni təcavüzü ilə bağlı mövqeyi heç vaxt açıq, şəffaf, səmimi olmayıb. Yəni, islam həmrəyliyini əks etdirməmişdir. Biz bunu müharibə dövründə də gördük”. 

“Müharibədən sonrakı dövrlərdə İranın Azərbaycana qarşı münasibəti həqiqətən də, islam qardaşlığına, çərçivəyə sığmayan, islam həmrəyliyinə zidd olan məsələdir. Cənab Prezident bununla bağlı özünün çox kəskin və açıq mövqeyini də bildirib. İranın istənilən hərbi təxribatının qarşısını almağa dövlətimizin kifayət qədər gücü var. Bizimlə güc dili keçməz və önləyici tədbirlər görüləcək. Azərbaycan dövləti də, Azərbaycanın Ordusu da dünya hərb elminə dəsti xəttini qızıl hərflərlə yazıb. Ona görə də, dövlətimizə və xalqımıza qarşı pis niyyətli qüvvə baş qaldırarsa, onun cavabını həmən verməyə dövlətimizin də, ordumuzun da gücü var” - deyə deputat əlavə edib.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top