Ərdoğan: “Biz heç kimin razılığını almırıq”

REGİON 25 noy 2022, 21:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.

Demokrat.az xəbər verir ki, terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.

“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.

“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top