DÇ-2022: Ronaldo qol vurdu, Portuqaliya qələbə qazandı

İDMAN 24 noy 2022, 21:57
Futbol üzrə Dünya çempionatının "H" qrupunda ilk tura yekun vurulub.

Demokrat.az-ın xəbərinə görə, qrupun favoritlərindən iddialı Portuqaliya, Qana ilə mübarizə aparıb. Olduqca maraqlı oyunda pireneylilər sevinən tərəf olub. Birinci hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

Növbəti hissədə əvvəlcə Kriştiano Ronaldo 65-ci dəqiqədə penaltidən fərqlənib. Səkkiz dəqiqədən sonra rəqibin kapitanı Andre Ayu hesabı bərabərləşdirib. Lakin iki dəqiqəyə iki top vuran avropalılar hesabda 3:1 önə çıxıb. Son dəqiqələrdə Bukarinin qolu isə Qananın fərqi azaltması iə yadda qalıb.

Beləliklə, Portuqaliya yığması Qana üzərində 3:2 hesabı ilə inamlı qələbə qazanaraq, qrupda liderliyə yüksəlib. Qrupun digər oyununda qol vurulmadığından Uruqvay və Cənubi Koreya hərəyə 1 xala sahibdirlər.

Qeyd edək ki, Ronaldo bu oyunda vurduğu qolla mundiallar tarixində 5 oyunda top vuran yeganə futbolçu olub.

24 noyabr
H qrupu
Portuqaliya - Qana - 3:2 
Qollar:
Kriştiano Ronaldo, 65-pen. (1:0), Andre Ayev 73 (1:1), Joa Feliks, 78 (2:1), Rafael Leao, 80 (3:1), Osman Bukari, 89 (3:2)

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top